“Ölkə başçısının siyasi islahatlar vədi İmişli icra hakimiyyəti tərəfindən iqnor edilir”.
Ovqat.com xəbər verir ki, bu məlumat saytımızın e-mail adresinə İmişlidən göndərilib.
Məktubda iddia olunur ki, rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev parlament seçkilərini AXCP adına iddia edən təşkilatın sədri Razi Nurullayevin xeyrinə saxtalaşdırmaq istəyir.
İddiaya görə, 25 yanvar saat 12-də Imişli icra hakimiyyəti başçısı Vilyam Hacıyev yalnız 79 saylı seçki dairəsinə aid olan 29 kənd icra numayəndəsi və güc strukturlarını, o cümlədən təhsil şöbəsinin müdirini toplayaraq qeyri rəsmi toplantı keçirib və onlara seçkilərlə bağlı müəyyən tapşırıqlar verib: “Bundan 2 saat sonra isə Razi Nurullayev icra hakimiyyətinə dəvət olunub. Təxminən 1 saat 20 dəqiqədən sonra o, binanı tərk edib. Ardınca isə Seyid Sarı və Vilyam Hacıyevin görüşü olub. Mənbənin bildirdiyinə görə, yerli səviyyədə kənd icra nümayəndələrinə sakitçiliklə seçkini Razinin xeyrinə saxtalaşdırılmasına kömək etmək tapşırığı verilib. Rayonda əhalinin haqlı narazılığı və qəzəbinə səbəb yaranan bu hərəkətlər gərginliyin olduğuna işarədir”.
Maraqlıdır ki, İmişli rayonuna məxsus olan facebook səhifəsində də buna bənzər məlumatlar yayılıb. Dünən saat 12.20-də paylaşılan statusu olduğu kimi təqdim edirik:
https://www.facebook.com/Imishli/photos/a.594714887216369/3179653542055811/?type=3&theater
“DİQQƏT! DİQQƏT!
İmişli icra hakimiyyəti niyə İmişli camaatını təhqir etməyə çalışır? Axıra qədər oxumağınızı xahiş edirəm.
Şəkilin yuxarı hissəsində gördüyünüz ağ rəngli 10-RD-222 nömrəli maşın İmişlidə seyid Sarı kimi tanınan şəxsə məxsusdur. Seyid Sarı Bakı şəhərində və Rusiyanın Leninqrad şəhərində böyük biznes imperiyasına sahibdir. Öndəki 30-AA-002 nömrəli maşın isə icra hakiminin birinci müavininə məxsusdur. Maşınların durduğu yer isə icra hakimiyyətinin binasının qarşısıdır.
Şəkilin aşağıdakı hissəsində isə deputatlığa namizəd əhali arasında heç bir nüfuzu olmayan Razi Nurullayev, yanında işarələnən isə yuxarıda adı çəkilən seyid Sarının qardaşı Mirdamətdir. Seyid Sarı bütün günü icra hakiminin yan-yörəsində fırlanır, qardaşları isə bu hörmətsiz namizədin.
Deməli bu qardaşlar Razi Nurullayevlə qohumdurlar. Seyid Sarının oğlu Razinin Rusiyadakı biznesmen qardaşının qızı ilə evlənəcək. Bu seyid qardaşlar isə həm özlərinin əhali arasındakı olan hörmətindən (İmişli camaatı şiə olduğu üçün, seyid adına hörmətlə yanaşırlar), həm də Bəylər Eyyubovla olan münasibətindən (Seyid Sarı Bəylər Eyyubovun qrup yoldaşıdır) sui-istifadə edərək əhaliyə Raziyə səs vermələri üçün təzyiq edib, hədə-qorxu gəlirlər. Bu isə açıq-aşkar qanun pozuntusudur.
Onu da qeyd edim ki, İmişli əhalsi Razinin adı yaxşı olmayan hadisələrdə hallandığı üçün onun namizədliyinə çox qəzəblidir, icra hakimiyyətinin və seyid qardaşların etdiklərinə görə rayonda gərginlik var. İmişli icra hakimiyyəti və adı çəkilən seyid qardaşlar odla oynadıqlarının fərqində deyillər.”
Paylaş: