Xəbər lenti

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yanında operativ qərargahının bu gün yaydığı məlumatda deyilirdi: Təəssüflə bildiririk ki, koronavirus xəstəliyinin əlamətləri olan şəxslər bəzi hallarda həkim briqadalarına qarşı zor tətbiq edir, çağırışa gələn təcili tibbi yardım heyətinə qarşı müqavimət göstərərək həkim nəzarətinə götürülməkdən yayınmağa çalışır.

Ovqat.com-un məlumatına görə, Operativ qərargahın bu bəyanatı yaymasının əsl səbəbi aydın olub.

Məlum olub ki, həkim briqadasına tabe olmaq istəməyən həmin şəxslər əslən İrandan olan 8 nəfərlik ailə imiş. Bildirildiyinə görə, Bakıda məskunlaşan ailənin azyaşlı üzvlərindən birində yüksək hərarət olduğundan təcili tibbi yardıma müraciət edilib.

Araşdırma zamanı müəyyən edilib ki, ailə başçısı koronavirus xəstəliyinin geniş yayıldığı İran İslam Respublikasından 27 fevral 2020-ci il tarixində Azərbaycan ərazisinə gəlib. Həkimlər məhz bu üzdən ailənin koronavirusa yaxalandığından şübhələnib və bütün üzvlərini karantinə aparmağa qərar veriblər. Ailə isə buna etiraz edərək dirənib.

Hadisəni lentə alan Bakı sakinlərindən birinin redaksiyamıza göndərdiyi videonu təqdim edirik:

 

 




Ana səhifəyə qayıt        Baxış: 897          Tarix: 6-03-2020, 18:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma