Xəbər lenti
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
23-11-2024, 23:16
23-11-2024, 21:43
23-11-2024, 20:29
23-11-2024, 19:31
23-11-2024, 16:10
23-11-2024, 14:55
23-11-2024, 13:38
23-11-2024, 12:14
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə dünya ədəbiyyatında lirik poeziyanın ən nəhəng simalarından biri olan Azərbaycan poeziyasının zirvəsi, dahi söz ustadı Məhəmməd Füzuli haqqında Vikipediya Beynəlxalq Elektron Ensiklopediyasında özbək dilində bölmə yaradılıb.
Ovqat.com-a bu barədə məlumat Mərkəzin özü tərəfindən verilib.
Məlumata görə, bölmədə dahi şairin həyatı, yaradıcılığı, əsərləri, qəzəlləri, şeirlərinə yazılan musiqi əsərləri, xatirəsini əbədiləşdirmək məqsədi ilə Azərbaycanda görülən işlər haqqında geniş məlumatlar verilir.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru
Samir Abbasov Məhəmməd Füzulinin irsi, yaradıcılığının Azərbaycan xalqı ilə yanaşı, bütün bəşəriyyət üçün maraqlı və dəyərli olduğunu söyləyərək Azərbaycan ədəbiyyatında Füzulinin şəxsiyyətinin, onun sənətinin ən uca zirvədə dayandığını bildirib.
O, Füzulini Azərbaycan poeziyasının milli dühası, qüruru adlandıraraq, onu ədəbi dilimizin yaradıcılarından və Şərq poeziyasının da zirvəsi kimi səciyyələndirmişdir.
Dünyanın milyonlarla internet istifadəçisinin, tədqiqatçısının müraciət etdiyi Vikipediya Elektron Ensiklopediyasında yaradılan Füzuli bölməsində dahi Azərbaycan şairinin xatirəsini əbədiləşdirmək məqsədi ilə 1996-cı ildə onun anadan olmasının 500 illik yubileyi münasibətilə Azərbaycanda "Füzuli Ensiklopediyası" nın hazırlanaraq nəşr edilməsi, Füzuli Beynəlxalq Mükafatının təsis edilməsi, Bakı şəhərinin mərkəzində dahi şairin möhtəşəm heykəlinin ucaldılması, ölkənin Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutuna ədibin adının verilməsi və onlar haqqında məlumatlar fotoşəkillər öz əksini tapıb.
Daha sonra bölmədə şairin adı verilən Füzuli rayonu haqqında da məlumat verilir və rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyi qeyd olunur.
Alt bölmədə Özbəkistanda Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində 2019-cu ildə yaradılan M.Füzuli adına Azərbaycan Mədəniyyət, Təhsil və Tədqiqatlar Mərkəzi haqqında məlumat yerləşdirilmiş, Mərkəzin əsas məqsədinin isə Azərbaycan dili və ədəbiyyatının öyrənilməsi və təbliği olduğu yazılır.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə Mərkəzin Vikipediya könüllüləri ilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının "Vikipediya" könüllüləri arasında təcrübə mübadiləsi və bu istiqamətdə əməkdaşlıq həyata keçirilir.
Azərbaycan Mədəniyyət Mərkəzindən bildirilib ki, Mərkəzin sifarişi ilə bu il dahi Azərbaycan şairi Məhəmməd Füzulinin əsərləri özbək dilinə tərcümə işi həyata keçirilir və onların Daşkənddə nəşri planlaşdırılır.
Vikipediyada dahi Məhəmməd Füzuli haqqında Özbək dilində bölmə ilə https://uz.wikipedia.org/wiki/Fuzuliy linkində tanış olmaq mümkündür.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar