
Xəbər lenti
Bu gün, 20:27
Bu gün, 20:01
Bu gün, 18:11
Bu gün, 16:31
Bu gün, 15:24
Bu gün, 13:18
Bu gün, 11:12
Bu gün, 10:28
Dünən, 19:39
Dünən, 17:25
Dünən, 14:56
Dünən, 13:25

Avqustun 31-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabi və onun Dubay Turizm Mərkəzində 2 partlayış olub. İlkin məlumata görə, partlayış nəticəsində 1 nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.
Ovqat.com BƏƏ mediasına istinadən xəbər verir ki, ilk partlayış bu gün səhər Dubay restoranlatından birində baş verib.
İddiaya görə, hadisə qaz balonunun partlayışı nəticəsində baş verib.
Ölkənin ingilisdilli nəşri “The National” Dubayın mülki müdafiə orqanlarına istinadən bildirib ki, partlayış nəticəsində binanın birinci mərtəbəsində yanğın baş verib. Yanğın 33 dəqiqə ərzində söndürülüb.
Abu Dabidəki partlayış isə Rəşid bin Səid küçəsində yerləşən “KFC bistro” və “Hardees” restoranında baş verib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, partlayış nəticəsində bir neçə nəfər yüngül və orta ağır yaralanıb, ətraf binaların sakinləri təxliyə edilib.
Rəşid bin Səid küçəsi ABŞ prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahunun baş məsləhətçilərinin bu ayın əvvəlində İsrail və Birləşmiş Ərəb Əmirlikləri arasında əldə edilmiş razılaşma çərçivəsində "tarixi missiyalarını" davam etdirmək üçün bu gün yerə enəcəyi hava limanına gedən yol kimi tanınır. Odur ki, bir sıra ekspertlər partlayışları təsadüfi saymir, İran tərəfindən törədilə biləcəyindən şübhələnirlər.
Xatırladaq ki, bu ay İsrail və Birləşmiş Ərəb Əmirlikləri ABŞ-ın vasitəçiliyi ilə sülh sazişi imzalamışlar. Bu saziş Yaxın Şərqin bir çox ölkələrinin vətəndaşları tərəfindən sərt təpki ilə qarşılanmışdı. Ən ciddi etiraz edən isə rəsmi Tehran olmuşdu
Maraqlıdır ki, EADaily nəşri də bu xəbəri “Abu Dabi və Dubayda partlayışlar: İran BƏƏ-də "təhlükəli gələcək" nümayiş etdirir?” sərlövhəsi ilə paylaşıb.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər