Xəbər lenti
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
2014-cü ildə Aleksandr Lukaşenko Ukrayna ilə Belarusu vahid ittifaqda birləşdirməyi təklif edib və hər iki ölkənin prezidenti olmaq niyyətində imiş.
Ovqat.com xəbər verir ki, bu iddia ilə Avropa Şurasının keçmiş rəhbəri və Polşanın sabiq baş naziri Donald Tusk çıxış edib.
"Minsk Avropa İttifaqı, Rusiya və Ukrayna arasında vasitəçiliklə məşğul olduğu Ukrayna böhranının ən isti günlərində Lukaşenko mənə zəng edib və birbaşa Aİ-ni Ukrayna probleminin sülh yolu ilə həllinə təminatçı ola biləcəyinə inandırmağa, onun şəxsi Belarus-Ukrayna İttifaqı ideyasını iki dövlətin prezidenti kimi dəstəkləməyə çağırdı", – deyə Tuskun bildirib.
Polşanın sabiq Baş nazirinin sözlərinə görə, Lukaşenko guya bunun "Rusiyanı dayandırmaq üçün yeganə vasitə" və onun "təcavüzkar niyyətlərdən" xilas yolu olduğunu söyləyib. Tusk həmçinin, Lukaşenkonun Ukraynaya qayğı baxımından deyil, "hakimiyyətini itirməkdən qorxduğuna görə" hərəkət etdiyini irəli sürüb.
Bununla yanaşı, sabiq Polşa Baş naziri Lukaşenkonun Ukrayna böhranının həllində "müsbət rol" oynadığını da gizlətməyib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar