Xəbər lenti

 

Belçika Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən 200 milyon avro gəliri Ukraynaya köçürməyi planlaşdırır.

 

Ovqat.com-un məlumatına görə, bunu Belçikanın baş naziri Aleksandr de Kros deyib.

 

Onun sözlərinə görə, bu vəsaitlər Ukraynaya hərbi ehtiyaclarına və onun bərpası üçün verilir. Və bu, “həm iqtisadi baxımdan, həm də mənəvi baxımdan məna kəsb edir”.

 

Bundan əvvəl Brüssel Kiyevi dəstəkləmək üçün Rusiya aktivlərinin yerləşdirilməsindən alınan faizlərə görə vergilərdən istifadə etmək qərarına gəlmişdi. Ümumilikdə, Belçika hakimiyyətinin məlumatına görə, ölkədə təxminən 250 milyard avro Rusiya vəsaiti - birbaşa aktivlər və əməliyyatlar dondurulub.

 




Ana səhifəyə qayıt        Baxış: 3 843          Tarix: 4-05-2023, 20:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma