Xəbər lenti


Naxçıvanda "SEVİNC-Milli-Mənəvi Dəyərlər və Muasir Çağırışlarla Sintezin İnkişafına Dəstək" QHT 8 mart Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirib.

 

Ovqat.com-un məlumatına görə, tədbirdə əsasən şəhid anaları iştirak edib.

 

Tədbirdə çıxış edən şəhid anaları Gülşad Rüstəmova, Mehparə Rzayeva və Nuranə Abdullayeva Qarabağın işğaldan azad olunmasını özlərinin yeganə təsəllisi kimi qiymətləndiriblər. Şəhid analarının ölkə başçısına göndərdikləri teleqramda da bu duyğuları yer alıb. 


 

“Cənab Prezident,

 

Biz Naxçıvanın şəhid anaları sizi yenidən prezident seçilməyiniz münasibəti ilə təbrik edir və işinizdə uğurlar arzulayırıq.

 

Bir Qarabağ fatehi kimi  torpaqlarımızı işğaldan azad etməklə övladlarımızın qanını yerdə qoymadığınız üçün sizə bütün şəhid anaları adından təşəkkür edirik.

 

Naxçıvanın şəhid anaları”, - Prezidentə göndərilən teleqramda bildirilir.

 

Tədbirdə həmçinin “İncilər” rəqs qrupunun hazırladığı “Zəfər rəqsi”, “Yeni era” Uşaq və Gənclər Teatrının təqdimatında “Ana” kompozisiyası təqdim olunub.

 

Toplantını yekun sözünü söyləyən "SEVİNC-Milli-Mənəvi Dəyərlər və Muasir Çağırışlarla Sintezin İnkişafına Dəstək" QHT-nin təsisçisi Sevinc Abbasova tədbir iştirakçılarına təşəkkürünü bildirib. 

 

QHT adından tədbir iştirakçılarına müxtəlif hədiyyələr verilib.

 




Ana səhifəyə qayıt        Baxış: 3 469          Tarix: 6-03-2024, 21:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma