Xəbər lenti


 Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ilə Əmircan qəsəbəsi arasında, Bülbülə gölünün qurtaracağında böyük bir dərə var. Zaman-zaman həmin dərə tullantılarla doldurulub. Bu proses indi də davam edir.İki il bundan qabaq Bakı Abadlıq idarəsi Bülbülə gölündə və ətrafında abadlıq işlərinə başladı. Məqsəd Bülbülə gölü və ətrafında yeni park salmaq idi. Lakin bir müddətdən sonra işlərin heç beş faizi görülmədən işçilər ərazini tərk edib getdilər. İndi həmin dərədə yeni tökülən tullantılar tez-tez yandırılır. Əraziyə cavabdeh Yanğından Mühafizə işçiləri də gəlib söndürürlər.
“Ovqat.com” xəbər verir ki, üç gün bundan əvvəl baş verən yanğın daha irimiqyaslı olub. Bunun üçün  üçün əlavə texnikaya ehtiyac var idi. Lakin Yanğından Mühafizə işçiləri ehtiyacları olan bir “Belorus” markalı traktoru əldə etmək üçün çox yerə müraciət etdilər. Lakin əlləri boşda qaldı. Yanğın torpağın alt qatında davam etdiyi üçün torpağı qazıb dağıtmaq lazım idi. Beləcə üç gün çəkilən zəhmət boşa getdi və Yanğın Mühafizə işçiləri də ərazini tərk edib getdilər. İndi üç gündür ki, Qaraçuxur qəsəbəsi tüstüyə boğulur. Pəncərələrdən içəri dolan tüstü yayın bu isti günlərində nəfəs almanı daha da dözülməz edir.
 Güman edirik ki, nəhayət Fövqəladə Hallar Nazirliyi bu bitməz işə bir çarə tapar.




Ana səhifəyə qayıt        Baxış: 3 381          Tarix: 26-07-2024, 11:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma