Gözləndiyi kimi, Trampın Qüds qərarına ən sərt reaksiyalardan biri Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğandan gəldi.
Ovqat.com-un bildirdiyinə görə, Türkiyə prezidenti bu gün Yunanıstan səfəri öncəsi Esenboğa hava limanı işçiləriylə görüşündə çıxış edərək ABŞ-lı həmkarına səslənib.
Trampa Qüdsün 3 səmavi dinin müqəddəs məkanı olduğunu xatırladan Türkiyə prezidenti həmin şəhərin İsrailin paytaxtı olaraq tanınması qərarıyla bölgənin atəş çəmbərinə atıldığını bildirib. Ərdoğan həmçinin 1980-ci il çıxarılmış 478 saylı BMT qətnaməsinin tələblərinin pozulduğunu deyərək, çıxışını belə davam etdirib:
“Ey Tramp, sən nə yapmaq istiyorsun? Siyasi liderlər qarışdırmaq üçün yox, barışdırmaq üçün mövcuddurlar”.
Ərdoğan İslam Əməkdaşlığı Təşkilatının dövri sədri kimi qurumu toplantıya çağıracağını və Rusiya prezidenti Putini və digər Qərb ölkələri rəhbərlərini də bu məsələnin müzakirəsinə cəlb edəcəyini açıqlayıb: “...çünki artıq bu sadəcə müsəlmanların deyil, insanlığın sorunudur”.
Paylaş: