Xəbər lenti

  

Rusiya əsgərləri Suriyadan geri çəkiləcək.

Ovqat.com xarici mətbuata istinadən xəbər verir ki, Türkiyə ziyarətindən öncə sürpriz şəkildə Suriyadakı Xmeymim hava bazasına gedən Putin həmin hərbi hissədə Bəşər Əsədlə görüşdükdən sonra bu qərara gəlib.

Məlumata görə, Rusiya prezidenti hava bazasındakı hərbi qüvvələrə vətənə qayıtmaq hazırlığına başlamaq əmri verib.

Putinin bu qərarını şərh edən Rusiyanın Müdafiə naziri Sergey Şoyqu ordu birliklərinin geri çağrılmasının hansı müddət ərzində tamamlanacağı barədə suala qeyri-müəyyən cavab verib: “Bu, vəziyyətə bağlı olacaq”.

Rus analitikləri çəkilmə qərarının ordu birliklərinin öz missiyasını tamamlamasıyla izah edirlər. Onların fikrincə, bu ölkədə terrorizmlə mübarizədə böyük məsafələr qət edən Rusiyanın Suriyada xeyli hərbçi saxlamasına ehtiyac qalmayıb. Odur ki, Moskva Xmeymim bazasında müəyyən qüvvələrini saxlayaraq, əsgərlərinin böyük hissəsini geri çəkəcək.

Qərarı iqtisadi amillərlə də əsaslandıranlar. Bu versiyaya görə, getdikcə iqtisadi cəhətdən zəifləyən Rusiya daha böyük xərclərin qarşısını almaq üçün bu addımı atır.

Rus ordusu 2015-ci ildən Suriyadadır.

ABŞ isə öz qoşunlarını Suriyadan çıxarmaq haqqında düşünmür.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ağ Evin sözçüsü Sara Sanders bəyan edib.

Onun sözlərinə görə, Vaşinqton İraq  Suriyada terrorçularla mübarizəni davam etdirmək niyyətindədir.

 




Ana səhifəyə qayıt        Baxış: 1 527          Tarix: 12-12-2017, 03:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma