Xəbər lenti

 

"Türk dövləti və müttəfiqlərinin Afrinə hücumları davam edir, amma hələ heç bir irəliləyiş əldə olunmayıb”.

Ovqat.com xəbər verir ki, əsas heyəti PKK/PYD qüvvələrindən təşəkkül tapan DSG-nin dünə yaydığı bəyanatda belə deyilir.

Bəyanata görə, Türk mediasında ordunun Afrin vilayəti istiqamətində 8 kilometr irəlilədiyini bildirilsə də, bu, həqiqəti əks etdirmir və hələ də cəbhə xəttində şiddətli qarşıdurmalar yaşanır.

Türkiyə Silahlı Qüvvələrindən mətbuatda sızdırılan məlumata görə isə dünən Suriyanın Azez bölgəsindən Afrinə qarşı ikinci cəbhəni açılmış və PKK/PYD silahlıları iki tərəfdən “məngənəyə” salınmışdır.

Məlumatda o da bildirilirdi ki, Türkiyənin dəstəklədiyi ASO qüvvələri Afrin vilayətində indiyə qədər 8 km irəliləyib və 14 yaşayış məntəqəsini kürd separatçılarından azad ediblər.

Daha sonra Azad Suriya Ordusunun Azezdən hücuma keçərək aldığı strateji əhəmiyyətli yüksəklikdən - Burseya dağından geri çəkildikləri xəbəri yayılmışdı.

Bununla belə, hərbi mənbələr ilk iki gündə Afrində təxmin ediləndən daha az müqavimətlə qarşılaşdıqlarını bildirirdilər. Müqavimətin az olmasının səbəbi hərəkatın ilk günü 72 döyüş təyyarəsi ilə aparılan intensiv hava bombardmanı nəticəsində separatçıların silah anbarları və sığınacaq kimi kritik nöqtələrin vurularaq məhv edilməsi göstərilirdi. Terrorçuların öz mövqelərindən geri çəkilərək şəhər mərkəzinə doğru qaçdıqlarını deyən mənbələr hərəkatın bu sürətlə davam etməsi halında ASO-nun ən geci həftə sonuna qədər Afrin şəhər mərkəzini mühasirəyə alacağı təxmin olunurdu.




Ana səhifəyə qayıt        Baxış: 1 037          Tarix: 23-01-2018, 09:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma