“ABŞ ya öz xoşluğu ilə Suriyadan çıxacaq, ya da biz onu şillələyə-şillələyə çıxaracağıq”.
Ovqat.com xarici mətbuata istinadən xəbər verir ki, bu təhdidi İran dini liderinin sözçüsü Əli Əkbər Vilayəti irəli sürüb.
İranın ən böyük ikinci şəhəri Məşhəddə keçirilən “Fələstin intifadasına dəstək” adlı konfransda danışan Vilayəti ABŞ-ın Suriyanı parçalamağa çalışdığını, ancaq bunu bacara bilməyəcəyini də fikirlərinə əlavə edib.
Vilayəti ABŞ-ın terror təşkilatı İŞİD-i Əfqanıstana yerləşdirməyə çalışdığını irəli sürərək deyib: "İŞİD-in Əfqanıstana yerləşdirilməsinə göz yumsaq, 900 kilometrlik sərhəd xəttimizi təhlükəyə atmış olarıq. Buna yol verməyəcəyik".
Xamaneyinin sözçüsü çıxışında Səudiyyə Ərəbistanının Yəmən siyastinə də toxunub və onu Vyetnam sindromu ilə qarşılaşacağı ilə təhdid edib:
"Ərəbistan daha çox Yəməndə qalmağa davam etmək istəsə, ora Riyad üçün Vyetnama çevrilər".
Paylaş: