Xəbər lenti

İrandan MÜHARİBƏ ELANI - İki regional güc ÜZ-ÜZƏ

Səudiyyə Ərəbistanı Yəməndən edilən ballistik raket hücumlarında İranı ittiham edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı hakimiyyəti Kral Xalid Beynəlxalq Hava Limanına qarşı həyata keçirilən raket hücumunu İranın “müharibə elanı” kimi qiymətləndiriləcəyini açıqlayıb.

Bəyanatda bildirilir ki, Yəməndə fəaliyyət göstərən husilərin İranın dəstəyi olmadan belə bir hücum həyata keçirməsi qeyri-mümkündür.

“İranın rolu və husilərə birbaşa əmri qonşu ölkələri hədəf alan açıq bir təcavüzkarlıq hərəkətidir. Bu, regional və qlobal səviyyədə sülh və təhlükəsizliyi təhdid edir. Səudiyyə Ərəbistanı İranın bu mövqeyini müharibə elanı kimi qiymətləndirəcək”, - bəyanatda deyilir.

Xatırladaq ki, ballistik raket hücumu noyabrın 5-də həyata keçirilib. Məlumata görə, Səudiyyə Ərəbistanının havadan müdafiə üzrə anti-raket sistemi Ər-Riyad şəhərinin şimal-şərqində ballistik raketi zərərsizləşdirib. Hadisə zamanı xəsarət alan və dağıntı qeydə alınmayıb.

Səudiyyə Ərəbistanı hakimiyyətindən verilən məlumata görə, Yəməndə terror aktlarının törədilməsində iştirakda şübhəli bilinən 40 husi döyüşçüsü və səlahiyyətlinin yeri haqqında informasiya verən şəxslərə 5 milyondan 30 milyon dollara qədər mükafat veriləcək.

Ömər




Ana səhifəyə qayıt        Baxış: 1 165          Tarix: 6-11-2017, 13:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma