Türkiyənin Zeytin Budağı 19-cu günündə.
Ovqat.com-un TSQ-ya istinadən verdiyi məlumata görə, əməliyyatın başladığı gündən indiyədək 999 terrorçu zərərsizləşdirilib.
Bu gün Afrinin 3 strateji əhəmiyyətli kəndinin PKK/PYD-çilərdən təmizləndiyi xəbər verilir.
Digər bir məlumata görə, Afrin məsələsilə əlaqədar ABŞ-ın Dövlət katibi Reks Tillerson və onun Milli Təhlükəsizlik müşaviri H. R. McMasterin yaxın günlərdə Türkiyəyə səfərləri gözlənir. Bildirilir ki, H. R. McMaster həftəsonu, Tillerson isə gələcək həftə Türk yetkililərini ziyarət edəcəklər.
ABŞ-ın iki mühüm rəsmi şəxsinin bir-birinin ardınca Türkiyəyə səfərinin təsadüf olmadığı qeyd olunur. Güman edilir ki, onlar Afrində getdikcə mühasirəyə düşən kürd separatçılarının təxliyyəsi üçün rəsmi Ankaranın qapısını döyəcəklər.
Şimali Suriyadan gələn bir başqa məlumat da kürd separatçılarının olduqca ağır vəziyyətdə olduğunu təsdiqləyir. Bildirildiyinə görə, Afrindəki separatçılar artıq müqavimət gücünü itirdiklərindən bölgəni tərk etmək fikrinə düşüblər. PKK-nın Baş qərargahı olan Qəndil isə onlara “bir az da döz” mesajı göndərib. Afrindəki separatçılar “bir az da döz”ün ancaq mahnılarda asan göründüyünü düşündüklərindən Qəndilə üsyan bayrağı qaldırıblar. Afrinlə Qəndil təmsilçiləri arasında əməlli-başlı insidentin yarandığı bildirilir.
Paylaş: