Xəbər lenti

  

Şimali Suriyadan ziddiyyətli xəbərlər gəlməkdə davam edir.

Bəşər Əsədə bağlı silahlı qüvvələrin Afrinə girib girməyəcəyi müzakirə edildiyi bir zamanda növbəti açıqlama Livan Hizbullahından gəldi.

Ovqat.com-um məlumatına görə, Reuters agentliyinə açıqlama verən Hizbullah yetkililərindən biri Əsədə bağlı qüvvələrin artıq Afrinə girməyə başladığını bildirib. Adı açıqlanmayan yetkilinin fikricə, Afrinə göndərilən qüvvələr Suriyanın rəsmi ordusu deyil, “Xalq qoşunları” adlanan könüllü dəstələridir.

Maraqlıdır ki, sosial mediada həmin könüllü dəstələrinin Afrinə girişinə aid olduğu bildirilən fotoşəkillər də paylaşılıb. (Yuxarıdakı şəkil)

Xatırladaq ki, dünən Türkiyə prezidenti Tayyib Ərdoğanın  rusiyalı həmkarıyla telefon danışığının da əsas mövzusu Suriya Silahlı Qüvvələrinin Afrinə girməsinin doğuracağı nəticələrlə bağlı idi. R.T.Ərdoğan "Suriya rejimi bu yola Afrinə girərsə, nəticələri ağır olar" deyərək,  həmkarına xəbərdarlıq etmişdi.

 Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu isə "Əgər rejim gücləri YPG-ni təmizləmək üçün Afrinə girəcəksə, problem yoxdur. Amma onları qorumaq üçün girəcəksə bizi, Türk əsgərini heç kim dayandıra bilməz” demişdi.

Bu gün eyni mövzuyla əlaqədar alman mətbuatına açıqlama verən PYD (YPG-nin siyasi qanadı) lideri Saleh Müslim isə Suriya ilə aparılan danışıqların alınmadığını vurğulamışdı. Hizbullahın son bəyanı onsuz da müəmmaya çevrilən “Suriya ordusu Afrinə girdimi, girəcəkmi” sualını daha qarmaqarışıq hala gətirir.




Ana səhifəyə qayıt        Baxış: 1 034          Tarix: 20-02-2018, 19:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma