Xəbər lenti
27-11-2024, 19:25

  

Səudiyyə Ərəbistanında növbəti böyük kadr dəyişikliyi baş verib.

Ovqat.com krallığın rəsmi xəbər agentliyi SPA-ya istinadən bildirir ki, bu dəfə postunu itirənlər əsasən hərbçilər və daxili işlər orqanlarının yüksək rütbəliləri olub.

Məlumata görə, ordunun Baş Qərargah rəisi, general-polkovnik Əbdürrəhman ibn Saleh el-Bunyan və Hava Qüvvələri komandiri Məhəmməd bin Avad Suhaym pensiyaya göndərilib,   Piyada Qüvvələri komandiri Fehd min Turku bin Əbdüləziz Daxili İşlər nazirinin müavinləri Əhməd əs-Səlim ilə Hamed bin Xələf əl-xələf, İş və Sosial İnkişaf  nazirinin müavini Əhməd əl-Hümeydan, Xarici İşlər nazirinin müaviniYusif əs-Sadun və s. kimi iri məmurlar isə ümumiyyətlə vəzifələrindən qovulub.

 Onların yerinə təyinatlar da olub.

Qeyd edək ki, bundan əvvəl də ölkədə ciddi kadr islahatları aparılmış və hər kəs bunu yeni vəliəhd  Məhəmməd bin Salmanın öz komandasını formalaşdırmaq təşəbbüsü kimi dərk etmişdilər. Son kadr  dəyişikliyi ilə Məhəmməd bin Salmanın İsrail və ABŞ-ın  cizgisində İranla qarşıdurmaya hazırlaşdığını və bu qarşıdurma zamanı öz komandasını sağlamlaşdırma tədbirləri gördüyünü güman edənlər də var.




Ana səhifəyə qayıt        Baxış: 886          Tarix: 27-02-2018, 07:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma