Xəbər lenti

  

"Hazır ol Rusiya, gözəl, yeni və "ağıllı” raketlərimiz gəlir”.

“Hürriyyət” xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bu gün Twitter mesajında belə yazıb.

Rusiyalı həmkarı Vladimir Putinin Livan səfiriylə görüşündə "Suriyaya atılacaq ABŞ raketlərini vurarıq" açıqlamasının ardından paylaşılan mesajda daha sonra qeyd olunur: “Öz insanlarını öldürən və bundan həzz alan heyvanla bir yerdə olmarıq".

Trump, qısa bir müddət sonra atdığı ikinci mesajda da Rusiya ilə ABŞ arasındakı münasibətlərə toxunub. Bu dəfə isə həmkarına barışıq əli uzadıb:

“Rusya ilə münasibətlərimiz Soyuq müharibə də daxil olmaqla, hər zamankından daha pisdir. Bunun üçün bir səbəb yoxdur. Rusiya iqtisadiyyatları bizə yardımçı olmalıdır və bunu etmək çox asandır. Birlikdə işləmək üçün bütün millətlərə ehtiyacımız var. Silahlanma yarışını dayandıraq, bəlkə?”

Bir sözlə, Tramp bu gün rusiyalı həmkarı ilə əməlli-başlı məzələnib.

https://twitter.com/realDonaldTrump/status/984022625440747520

Rusiya prezidentinin Trampa cavabı isə xeyli təmkinliliyi ilə seçilib. O, ölkəsində fəaliyyət göstərəcək olan yeni səfirləri qəbul edərkən, dünyanın getdikcə xaotik duruma sürükləndiyini vurğulayaraq, sağlam alıb qalib gələcəyinə inamını ifadə edib: “Rusiya xarici tərəfdaşları ilə konstruktiv münasibətlər qurmağa çalışır, gələcəkdə də qlobal və regional təhlükəsizliyin gücləndirilməsi istiamətində mövqeyini qətiyyətlə davam etdirəcək”.




Ana səhifəyə qayıt        Baxış: 842          Tarix: 11-04-2018, 20:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma