Xəbər lenti

 

Terror təşkilatı YPG/KK, ABŞ dəstəyi ilə keçirdiyi əməliyyat nəticəsində dünən gecə Deyrizorun Süsə mahalını işğl edib.

Ovqat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Şüsə mahalı 8 gün davam edən ağır toqquşmalar nəticəsində ələ keçirilib.

Türkiyənin və region dövlətlərinin ciddi etirazlarına baxmayaraq, ABŞ tərəfindən dəstəklənən kürd separatçıları bundan əvvəl də bəzi bölgələri işğal etmişdilər. Öncəki işğal hadisəsi 14 yanvarda yaşanmış, Şiifə mahalı separatçıların əlinə keçmişdi.

Dünənki hərbi əməliyyatdan sonra kürd separatçıları  Deyrizorda Bəşər Əsəd qüvvələri ilə burun-buruna dayanmış olublar. Məlumata görə, Deyrizorda Fərat çayının qərbində Əsəd rejimi, şərqində isə kürd separatçıları yerləşirlər. Beləliklə, YPG/PKK separatçıları Suriya torpaqlarının təxminən üçdə birini ələ keçirmiş olublar.

Hazırda isə Bagoz mahalı onların mühasirəsi altındadır.  Bölgədə minlərlə vətəndaşın çətin vəziyyətdə qaldığı bildirilir. Kürd separatçıları onların nə mühasirədən çıxasına, nə də ərzaqla və dərmanla təchiz olunmasına icazə verir.

PKK/YPG qüvvələri ABŞ-ın təyyarələrinin çətiri altında hərbi əməliyyatlar keçirdiyindən işğal prosesini rahatlıqla reallaşdırırlar.




Ana səhifəyə qayıt        Baxış: 637          Tarix: 22-01-2019, 11:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma