Xəbər lenti

  

Azərbaycan hökuməti yerli istehsalı təşviq etmək məqsədilə bir sıra tədbirlər həyata keçirib. Bu tədbirlərdən biri də idxal toyuq məhsullarına gətirilən əlavə gömrük rüsumlarıdır. Nazirlər Kabinetinin 2016-cı ildə qəbul etdiyi qərara əsasən, Azərbaycana idxal olunan bir kq toyu əti üçün 1 dollar, 1000 ədəd yumurta üçün isə 100 dollar dövlət rüsumu müəyyənləşdirilmişdi. Ötən ilin sonlarında səlahiyyət müddəti bitən bu qayda Nazirlər Kabinetinin 08.11.2018 tarixli qərarıyla daha 1 illiyinə uzadılmışdı. Məlumat üçün qeyd edək ki, son qərara damazlıq yumurta da əlavə olunmuşdu.

Amma deyəsən, hökumətin bu addımın arzulanan effekti alınmayıb. Hər halda iqtisadçı ekspert, Auditorlar Palatasının Hüquq və Qanun yaradıcılığı Komitəsinin sədri Elçin Qurbanovun öz facebook səhifəsində paylaşdığı video-çıxışı bu cür düşünməyə əsas verir.

Video-çıxışında yerli kiçik təsərrüfat sahiblərinin daxili bazarda ukraynalı rəqiblərinə uduzduqlarını iddia edən ekspert bunun səbəbini sistemiylə əlaqələndirir. Ölkəmizin iqtisadi taleyi kimi mühüm strateji məsələ ilə əlaqədar olduğunu nəzərə alıb video-çıxışı Ovqat.com oxucularına təqdim edirik:

İzləmək üçün tıklayın




Ana səhifəyə qayıt        Baxış: 906          Tarix: 6-02-2019, 17:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma