Xəbər lenti

 

Mövcud demoqrafik artım tempi davam edərsə, İslam 2100-ci ilə qədər dünyanın ən böyük dininə çevriləcək.

Ovqat.com xəbər verir ki, bu iddianı ABŞ-ın dünyaca məşhur araşdırma mərkəzi “Pew” irəli sürüb.

Araşdırma mərkəzinin gəldiyi qənaətə görə, müsəlmanların sayı indi də az deyil. 2015-ci ildə 1.8 milyard mömini ilə İslam xristianlıqdan sonra dünyanın ikinci böyük dini adını qazana bilib.

Mərkəz təxmin edir ki, 2015-2060-cı illər ərində dünya əhalisinin sayı 32% artacaq, ən çox artan isə müsəlmanlar olacaq. Həmin zaman kəsimində müsəlmanların sayının 70% kimi sürətli bir artım göstərəcəyi düşünülür. Hazırda dünyanın ən böyük dini olan xristianların sayındakı artım isə 34%-də qalacaq.

Maraqlıdır ki, İslam doğduğu məkanda deyil, sonradan yayıldığı coğrafiyada daha çox artaq. Hazırda belə, Yaxın Şərq və Şimali Afrikada yaşayan ərəblər dünyadakı müsəlmanların yalnız 20 faizini meydana gətirdiyi halda, dindaşlarımızın 62%-i İndoneziya, Hindistan, Pakistan, Banqladeş, İran və Türkiyənin də daxil olduğu Asiya və Sakit okean sahillərində ərəb olmayan ölkələrdə yaşayır.

Araşdırma mərkəzi öz hesabatında, hələ də dünyanın ən qələbəlik müsəlman ölkəsinin İndoneziya olduğunu xatırlatsa da, 2050-ci ilə qədər Hindistanın onu geridə qoyacağını təxmin edir. Baxmayaraq ki, Hindistanın həmin zamanda da əhalisinin əksəriyyətini Hindular təşkil edəcək.

“PEW”-in araşdırma hesabatına inansaq, dindaşlarımız təkcə müsəlman və Şərq ölkələrində deyil, Qərbdə də xeyli artacaq. 2050-ci ilə qədər ABŞ əhalisinin 2,1%,  avropalıların isə 10%-nin müsəlman olacağı təxmin edilir.




Ana səhifəyə qayıt        Baxış: 1 593          Tarix: 28-05-2017, 21:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma