Xəbər lenti

 

 

“Avropadakı müsəlmanlar seçkilərdə aktiv və təsirli şəkildə iştirak etməli, irqçi və anti-İslam kampaniya aparan namizədlərə qarşı diqqətli olmalıdırlar”.

Ovqat.com xəbər verir ki, bu bəyanatı Dünya Müsəlman Alimlər Birliyi verib.

Dünya Müsəlman Alimlər Birliyi tərəfindən yayılan və Baş katib Əli Qaradağinin imzaladığı bəyanatda fanatik və radikal  qüvvələrin yarım əsr içində Avropada iki dünya müharibəsinə yol açdıqları və həmin müharibələrin bütün insanlığa təsir etdiyi xatırladılaraq, bu cür ekstremist ideyalı namizədlərə diqqətli yanaşmaq, insanlığa , cəmiyyətə və müsəlmanlara faydası toxunacaq siyasiləri dəstəkləmək tələb olunur.

Müsəlmanların yaşadıqları cəmiyyətdə rifah və inkişaf etmiş mədəniyyət yaratmaq üçün öz işlərini effektli yerinə yetirmələrinin lazım olduğuna toxunulan bəyanata görə, İslam dininin sülh üzünü göstərmək üçün avropalı müsəlmanların üzərlərinə çox iş düşür.




Ana səhifəyə qayıt        Baxış: 1 317          Tarix: 7-05-2017, 13:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma