Xəbər lenti

 

Dünən gecə, Bakı vaxtı ilə saat 23.30-da İstanbulun Zeytinburnu limanı yaxınlığında iki gəmi toqquşub. Bir müddətdən sonra gəmilərdən birinin “Palmali” şirkətlər qrupuna məxsus “Məmməd Əmin Rəsulzadə” olduğu aydınlaşıb.

Ovqat.com xəbər verir ki, “Məmməd Əmin Rəsulzadə” Liberiya bayraqlı  ‘Doric Warrior’la toqquşub.

Hər iki gəmi xəsarət alsa da, ən ciddi dağıntıya “Məmməd Əmin Rəsulzadə” məruz qalıb. Gəminin qəzadan qısa müddət sonra “Batırıq!” sıqnalı verdiyi bildirilir.

Hər iki gəminin ekipaj heyətində xəsarət alan olmayıb.

Qeyd edək ki, “Palmali” şirkətlər qrupuna aid olan “Məmməd Əmin Rəsulzadə” gəmisi bir müddət əvvəl istifadəyə verilmişdi. Şirkətin sahibi Mübariz Mənsimov birinin adı “Məmməd Əmin Rəsulzadə”, digərinki isə “Elçibəy” olacaq iki gəminin inşa olunduğunu bəyan edərək, Azərbaycanda xeyli dedi-qodulara səbəb olmuşdu. Az sonra istifadəyə verilən həmin gəminin 1998-ci ildə düzəldilən “ADRIATIC MARINER” olduğu müəyyənləşdirilmişdi. Köhnə gəminin bəzi kosmetik dəyişikliklərlə “Məmməd Əmin Rəsulzadə” adıyla sulara buraxılması Mübariz Mənsimovun ucuz vətənpərvərlik şousu kimi qiymətləndirilmişdi. Azərbaycan mediasında böyük mübahisələrə səbəb olan bu hadisənin dedi-qodusu səngiməmiş Zeytinburnudan gələn toqquşma xəbəri polemikaların yenidən sürətlənəcəyi ehtimalını artırır.

Bir sözlə, deyəsən, Mübariz Mənsimovun “Məmməd Əmin Rəsulzadə”sinə göz dəydi. Allah “Elçibəy”i qorusun! 

Videosuna baxmaq üçün tıklayın.




Ana səhifəyə qayıt        Baxış: 1 081          Tarix: 14-08-2019, 07:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma