Mərkəzi ofisi Moskvada yerləşən “Mosturflot” şirkətinin müdir köməkçisi Svetlana Qonçarova Rusiya istehsalı olan çay-dəniz tipli gəminin 2019-cu ildən etibarən Bakıdan çıxış edərək Xəzər dənizində tura çıxacağını bildirib.
Ovqat.com xəbər verir ki, A24.az-ın məlumatına görə, Rusiyanın Həştərxan bölgəsindəki limanda, çay-dəniz tipli dizel mühərrikli gəmi istehsalına başlandığını bildirən Qonçarova ikinci gəminin istehsalı üçün “Vodoxod” şirkəti ilə razılaşma imzalandığını bildirib.
Gəmi Xəzər dənizində də işləyəcək…
Qonçarova “ilk dizel mühərrikli gəmi 2019-cu ildə istifadəyə veriləcək. Lakin indidən gəminin marşrut istiqaməti üzərində işlər aparılır. Gəmi çay və dəniz tipli olduğu üçün Moskva-Sankt Peterburq marşrutu istiqamətində və Xəzər dənizində də üzəcək”, – deyə bildirib.
Xəzər turuna Azərbaycanın paytaxtı Bakıdan başlayacağını bildirən Qonçarova “gəmi daha sonra İran və Türkmənistandan keçərək Rusiyanın Mahaçqala və Dərbənd şəhərlərinə də ziyarət edəcək və yenidən Bakıya qayıdacaq. Gəmi payızda Qaradənizə bir neçə səfər təşkil etdikdən sonra qışda Soçidə otel olaraq istifadəyə veriləcək”, – deyə qeyd edib.
Paylaş: