“Kobanidəki ABŞ-a məxsus Xirap Hişk hərbi bazası Türk Silahlı Qüvvələri (TSQ) ilə Suriya Milli Ordusunun (SMO – Türkiyəyə bağlı yerli könüllülər) hücumuna məruz qalıb, ancaq təcavüz geri püskürdülüb”.
Ovqat.com xəbər verir ki, məlumatı Şimali İraq Kürd Muxtariyyətinə yaxınlığı ilə seçilən Rudaw informasiya agentliyi yayıb.
Agentliyin Şimali Suriya ofisi bu məlumatı bölgədəki təhlükəsizlik mənbələrindən alıb.
Xəbərin “sızdırılma” səbəbi isə daha maraqlıdır.
Bildirildiyinə görə, “Rudaw Rojava mzel” bülleteninə telefonla bağlanan Kobaninin Xirap Hisk kənd sakinlərindən Əli Mələ İsa adlı şəxs ABŞ əsgərlərinin dünən yerli saatla 16:30-da hərbi bazanı tərk etdiyini, yarım saatdan sonra isə oraya Türk əsgərlərilə Suriya Milli Ordusu (SMO) nümayəndələrinin girdiyini söyləyib.
Mələ İsa həmçinin, bu hadisədən sonra Çələbi, Xirap Hişk və bölgədəki digər kəndlərdən minlərlə insanın evlərini qoyub qaçmağa başladığını dilə bildirib.
Məlumatı araşdıran “Rudaw”-ın regional müxbirinə isə bölgədəki təhlükəsizlik mənbələri həqiqətən də TSQ və SMO qüvvələri tərəfindən belə bir cəhdin olduğunu bildiriblər. Amma bu cəhd alınmayıb: “Hərbi baza hələ də ABŞ əsgərlərinin nəzarətindədir”.
Paylaş: