Xəbər lenti

 

Kərkükün Sənaye məhəlləsində peşmərgı Qüvvələri ilə çıxan qarşıdurmada 12 Həşdi Şabi üzvi öldürülüb.

Ovqat.com xəbər verir ki, məlumatı Şimali İraqa məxsus “Rudaw” informasiya kanalı yayıb.

“Rudaw”-ın məlumatına görə, ölənlərin cəsədləri öldürüldükləri yerdə qalıb və Həşdi Şabi birləşmələri cəsədləri götürmək üçün məhəlləni top və minaatan atəşinə tutub.

Bildirilir ki, peşmərgələr Həşdi Şabiyə aid 7 hərbi texnikanı da sıradan çıxarıblar.

 Bu gecə Kərkük valisi Nəcməddin Kərim bütün şəhər əhlini silahlanmağa və şəhəri qorumağa çalışıb. O, Kərkükün işğalına qarşı nəyin bahasına olursa olsun savaşacaqlarını bəyan edib və yüzlərlə sakinin bu çağırşa qoşulduğunu açıqlayıb.

Hücuma Həşdi Şabiylə yanaşı İraq ordusu, Federal polis qüvvələri və Təcili Müdafiə Qüvvələrinin qoşulduğu bildirilir.

Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzani peşmərgə qüvvələrini təxribata uymamağa və yalnız özlərini müdafiə etmək üçün savaşmağa çağırıb.

İraq baş naziri Heydər əl-İbadi isə hökumət qüvvələrinə dövlət və hərbi obyektlərin təhlükəsizliyini bərpa etmək əmri verib.

İraq mərkəzi qüvvələri ilə peşmərgə arasında döyüş gözlənilən idi. Xüsusilə müstəqillik referendumundan sonra gərginlik kritik həddə çatmış, hər an müharibənin başlayacağı gözlənilirdi.

İraq qüvvələri ilə kürd peşmərgələri arasındakı qarşıdurmaların Kərkükdən başlaması da təsadüfi deyil. Kərkük öz “qara qızıl” ehtiyatı ilə İraqın ən mühüm gəlir mənbələrindən biri hesab olunur. Şəhər ətrafındakı 5 neft quyusundan 3-ü Bağdadın, 2-si Ərbilin nəzarətindədir və referendumdan sonra İraq Neft Şirkəti bu quyularda təmir işləri aparılması bəhanəsiylə neft hasilatını dayandırmışdı. Şimalin İraq Kürd Muxtariyyətinin neft hasilatı olmadan həyatda qala bilməsi isə mümkün deyil.




Ana səhifəyə qayıt        Baxış: 4 658          Tarix: 16-10-2017, 07:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma