“Son ilyarımda baş nazirin müavinləri vəzifəsində "çalışan" Əli Həsənov və Hacıbala Abutalıbov heç bir xidmətləri ilə fərqlənməyən son vəzifələrindən bu gün azad edilib. Onların vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizələri ilə əlaqədar prezident tərəfindən qəbul edilməsi bir daha göstərdi ki, bundan əvvəl baş nazirin işdən çıxarılması çox ciddi səbəblərdən qaynaqlanıb, çünki, Novruz Məmmədova hətta belə "xoşbəxtlik" də nəsib olmadı, o çox urvatsız yola salındı”.
Ovqat.com xəbər verir ki, bu fikirləri ADR Hərəkatı lideri Qubad İbadoğlu facebook səhifəsində paylaşıb.
Azərbaycanın dünyada ən tanınmış iqtisadçısı olan Qubad bəy ölkə rəhbərliyinə həm Əli Həsənovun, həm də Hacıbala Abutalıbovun işdən çıxarılmasıyla kifayətlənməməyi məsləhət görür. Onun fikrincə, bu adamlar həm də həbs olunmalıdırlar:
“Lakin, Novruz Məmmədovdan fərqli olaraq hər baş nazirin hər iki müavini Azərbaycanda korrupsiyanın inkişafında xüsusi xidmətləri ilə olan yüksək vəzifəli dövlət məmurlarıdır. Əli Həsənov məcbur köçkünlərin mənzil-sosial şəraitinin yaradılmasına, Hacıbala Abutalıbov isə Bakı şəhərinin infrastrukturunun yeniləşməsinə ayrılan milyardlarla manat dövlət vəsaitlərinin mənimsənilməsinə görə cinayət əməlləri törədib. Odur ki, onlar yalnız vəzifədən azad olunmamalı, həm də korrupsiya cinayətlərinə görə Abid Şərifovla birlikdə həbs edilməlidir”.
Paylaş: