Xəbər lenti

  

 

Prezident İlham Əliyevin bu gün işdən qovduğu iri məmurlardan biri də Hacıbala Abutalıbov olub.

Ovqat.com Prezidentin rəsmi saytına istənadən xəbər verir ki, ölkə başçısı bu barədə Sərəncam imzlayıb. Sərəncamda deyilir.

 

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

  1. Hacıbala İbrahim oğlu Abutalıbov Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsindən azad edilsin.
  2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti 

Bakı, 21 oktyabr, AZƏRTAC”

Ölkə başçısı yola saldığı komanda üzvünə nəzakətlə yanaşmağı da yaddan çıxarmayıb. Belə ki, o, işdən qovduğu Hacıbala Abutalıbovu qəbul edib. Rəsmi məlumata görə, qəbulun məqsədi ondan istefa ərizəsini almaq olub.




Ana səhifəyə qayıt        Baxış: 880          Tarix: 21-10-2019, 16:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma