Xəbər lenti
Dünən, 19:25

 

Xəbər verdiyimiz kimi, hüquq müdafiəçisi Oktay Gülalıyevin əməliyyatı başa çatıb.
Bu barədə onu əməliyyat edən həkim Adil Qeybulla məlumat verib.
Həkim Adil Qeybulla əməliyyatda hər hansı gecikmənin olmadığını  və uğurlu keçdiyini vruğulayaraq dedi: "Zərbədən beyin əzilməsi olub, içəridə damarlar zədələnib orada hematoma yaranıb ona görə də gəlib bu həddə çatıb. Gözündə olan bərəlmə sıxılmadandı. Əməliyyata gec götürülməyib. kompüter tomoqrafiya 12 saatdan sonra olmalı idi. Həmin müddətdə də olub. Gecədən səhərə qədər yanında saxladığım həkimin nəzarətində xəstəyə lazım olan bütün tədbirlər həyata keçirilib. Narkozdan ayılandan sonra keçəcək reanimasiyaya orada bir müddət xüsusi şəraitdə qalacaq, sonra isə keçəcək spantan tənəffüsə. Daha sonra reablitatsiyası var. Bundan sonra kritik durumdan çıxarılması var. Kritik dövürləri 3-5 gün çəkəcək. Ola bilər ki, beyinin sıxılmasına görə əl və ayağında zəiflik qalsın, sonra bir müddətə o bərpa olsun. Ayılandan sonra əl və ayağında zəiflik dərəcəsinin qalıb qalmayacağı bilinəcək. Mən düşünürəm ki, cavan adamdı yəqin ki, bərpa imkanları, resursları çoxdur. Hər halda əməliyyatdan çıxıb. Əməliyyat hələlik uğurlu keçib. Əməliyyatın təhlükəli mərhələsi qurtardı. Qalan şeylər Allahın əlindədir. Hər şey yaxşıdır. Xəstə 2-3 saata ayılacaq. Ayılsa belə yaxın günlərdə onunla görüşə bilməyəcəksiniz. Yəqin ki, həyat yoldaşı görmək üçün yanına daxil ola biləcək. Ancaq ünsiyyət qurma imkanı hələ olmayacaq". \\Yeniavaz.com 




Ana səhifəyə qayıt        Baxış: 566          Tarix: 30-10-2019, 19:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma