Xəbər lenti

 

Məlum olduğu kimi, ABŞ Prezidenti Donald Tramp yeni il məzuniyyəti üçün Floridaya getməmişdən əvvəl Konqresdən keçmiş milli müdafiə büdcəsi haqda qanunu imzalayıb.

Teleqraf.com xəbər verir ki, büdcədə müdafiə xərcləri üçün rekord məbləğdə - 738 milyard dollar vəsait nəzərdə tutulur.

Sənəddə Türkiyəyə qarşı bir sıra sanksiyalar nəzərdə tutulur.

Büdcə qanununda Türkiyəyə beşinci nəsil “F-35” qırıcılarının satışını qadağan edir. Türkiyənin Rusiyadan “S-400” zenit-raket sistemlərini alması nəticəsində Prezident Donald Tramp “Rusiyanın Avropa və Avrasiyada təsirinə qarşı mübarizə haqqında” Qanunun müddəalarına uyğun olaraq Türkiyəyə qarşı sanksiyalar tətbiq edə biləcək.

Amma Pentaqon “S-400”lərin alınmasına baxmayaraq Ankaranın bu proqramdan kənarlaşdırılmasından əvvəl ABŞ aviabazasında türkiyəli pilotların təlimləri üçün istifadə olunan altı ədəd “F-35” təyyarəsinin saxlanmasına 30 milyon dollar xərcləyə bilər.

Qanunda Türkiyənin F-35 proqraməndan kənarlaşdırılması zərurəti qeyd edilir.

Bundan başqa, qanunda Rusiya ilə müştərək layihə olan Türk Axımının kəmər xəttinin inşasında qatılan gəmi şirkətlərinə də sanksiya tətbiqi nəzərdə tutulur.




Ana səhifəyə qayıt        Baxış: 2 131          Tarix: 21-12-2019, 11:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma