Xəbər lenti

Ankara Moskvadan S-400 zenit-raket kompleksləri alsa, ABŞ ona qarşı sanksiyalar tətbiq edəcək.

Bu barədə informasiyanı “Habertürk” qəzeti yayıb. Qəzetin mənbəyi Ankaranın addımının onun NATO ilə birliyinə mənfi təsir göstərə biləcəyini deyib:

“Əgər Türkiyə S-400-dən əl çəkməsə, Konqresin qəbul etdiyi CAATSA qanunu Ankaraya qarşı tətbiq oluna bilər. Biz Türkiyəyə ən yaxşı alternativ tapmaq, özünün hava hücumundan müdafiə ilə bağlı tələbatını ödəməsi üçün yardım etmək istəyirik”.

Qeyd edək ki, bundan öncə ABŞ Dövlət katibi Reks Tillerson da Ankarada CAATSA qanununun Türkiyəyə tətbiq oluna biləcəyini söyləmişdi/Axar.az.

 




Ana səhifəyə qayıt        Baxış: 746          Tarix: 27-02-2018, 13:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma