“Dünən axşam onların üzünə silləni endirdik. ABŞ-ın bölgədəki yozlaşmış rejiminin varlığına son verməlidir”.
Ovqat.com xəbər verir ki, ABŞ-a meydan oxuyan bu sözləri İranın dini lideri ayətullah Seyid Əli Xamanei deyib.
Ötən gecə ABŞ-ın İraqdakı hərbi bazalarını bombardıman edən və onlarla əsgərini öldürən İranın bu hücumunu şərh edən Xamanei açıqlamasında Qasim Süleymani barədə də danışaraq deyib: “Şəhid Süleymani təkcə cəsur deyildi, eyni zamanda təşəbbüskar idi. Atdığı hər addımın arxasında hikmət və məntiq dayanırdı. Bu, siyasi sahədə də belə idi... Ehtiyac olmadıqca, o, hərbi güc tətbiq etməzdi. Təhlükədə olmasına baxmayaraq, həmkarlarının həyatını qorumaq üçün çox diqqətli idi. İrandakı fəaliyyətinə nəzər saldığımızda qərəzli deyildi, ancaq inqilabın müdafiəçisi idi. Müdafiə onun qırmızı xətt idi... Süleymaninin şəhid olması dünyaya inqilabımızın canlılığını göstərdi”.
Xamanei Trampın prezident seçilməmişdən əvvəl Səudiyyə Ərəbistanı barədə söylədiyi “bizim sağmal inəyimizdir, südü gələnədək sağacağıq, süddən kəsiləndə isə başını kəsəcəyik” sözlərini vuraraq, İraqın o vəziyyətə düşməsinə imkan verməyəcəklərini bildirib: “ABŞ İraqı da Səudiyyə Ərəbistanı rejiminə çevirməyə çalışır, İraqı da “sağmal bir inəyə” çevirir. İraqdakı liderlər buna müqavimət göstərdilər, Kasim Süleyman bir məsləhətçi olaraq bu məqsədə qulluq etdi”.
Xameneinin çıxışı zaman-zaman "Amerikaya ölüm" şüarları ilə kəsilib.
Paylaş: