Xəbər lenti

  

Xəzər dənizinin cənub sahillərində kütləvi quş ölümləri qeydə alınıb.

Ovqat.com xəbər verir ki, məlumatı İranın rəsmi informasiya agentliyi İRNA yayıb.

Mənbə:  

Iran: massacre of birds on the Caspian Sea, almost 6,000 carcasses.

Məlumata görə, İranın şimalında yerləşən Mazandar vilayətinin Miankaleh yarımadasında ən azı 6000 köçəri quşun cəsədi tapılıb. Həmin ərazinin Behşəhr şəhərinin Galoogah və Qalehpayan kəndləri ilə həmsərhəd olduğu bildirilir.

Yerli sakinlərin bildirdiyinə görə, qırılan quşlar arasında şimaldan flaminqo, yabani ördək və qara ördək növləri üstünlük təşkil edir.

Çinin Uhan vilayətində heyvan bazarından başlayan koronavirus, Avropanın və ABŞ-ın bir sıra bölgələrində təsbit olunan quş qripi xəbərlərinin yayıldığı bir zamanda Xəzər sahillərində yaşanan müəmmalı quş ölümləri narahatlıq doğurmaya bilməz.

Bildirildiyinə görə, quşların ölüm səbəbləri hələ məlum olmasa da, İran rəsmiləri bunun quş qripindən törəmədiyini düşünürlər. Çünki cəsədləri tibbi ekspetizadan keçirilən quşkar daxili qanaxmalara, dalaq genişlənməsi əlamətlərinə rast gəlinməyib.

Bununla belə, İranın Xəzər sahili bölgələrində quş ovu və istehlakı qadağan olunub. Bu da rəsmilərin quş qripi ehtimalını tam istisna etmədiklərini göstərir. Hətta bu epidemiyanın quş qripi olmamasının təhlükəni daha çox artırma ehtimalı var. Nədən ki, quş qripinin müalicəsi tapılıb. Yeni xəstəlik üzə çıxarsa, müalicəsi tapılana qədər xeyli can ala bilər.

Xəzər sahillərində bu cür quş ölümlərinin yayılması Azərbaycan baytarlarını və tibb xadimlərini ciddi düşündürməlidir. Çünki şimaldan köçüb gələn o quşlar Mazandarandan əvvəl bizim sahillərə pənah gətirir, daha sonra bəziləri başqa-başqa yerlərə uçub gedirlər. Üstəlik, Xəzər dənizində hər hansı təbii əngəl yoxdur və onun sahillərində yaşayan quşlar bir-birilə yaxın təmasdadırlar. Mümkündür ki, Mazandarandakı mənşəyi aydınlaşdırılmayan epidemiya bizim quşlara da yoluxsun .




Ana səhifəyə qayıt        Baxış: 1 059          Tarix: 6-02-2020, 13:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma