Xəbər lenti
Dünən, 21:34
Dünən, 19:39
Dünən, 14:30
Dünən, 14:00
Dünən, 12:15
Dünən, 11:17
Dünən, 10:55
10-10-2024, 23:36
10-10-2024, 22:26
10-10-2024, 21:22
10-10-2024, 20:28
10-10-2024, 19:33
"Pentaqonun qiymətləndirməsinə görə, Şayrat hava bazasına hücum nəticəsində yanacaq, sursat, havadan müdafiə sistemləri və Suriyanın əməliyyat təyyarələrinin 20 faizi məhv edildi və ya ziyan gördü”.
Ovqat.com xəbər verir ki, bunu ABŞ-ın Müdafiə naziri James Mattis bildirib.
Nazir dünən yaydığı yazılı açılqlamasında “Suriya Hava Qüvvələrinə vurulan bu “20%-lik zərbə”nin hansı nəticələri ola bilər” sualına da aydınlıq gətirib:
“Suriya hökuməti Şayrat Hava bazasındakı hərbi təchizat və silahlandırma qabiliyyətini itirdi. Bu mənada hava limanının hələ də istifadəyə yararlı olması hərbi baxımdan böyük bir əhəmiyyət kəsb etmir".
Qeyd edək ki, Suriya Müşahidə Qrupu adlı təşkilat məlum hücumundan bir gün sonra Suriya ordusuna məxsus təyyarələrin Şayrat hava limanından qalxaraq, yenidən İdlib vilayətini bombaladığı xəbərini yayılmış və bunu təsdiqləyən video-görüntülər ortaya qoymuşdu. ABŞ Müdafiə nazirinin yazılı açıqlaması bu iddialara cavab kimi görünür.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar