Xəbər lenti
 
ABŞ-ın Suriyadakı bir aerobazaya raketlərlə zərbə endirməsi son günlərin ən çox müzakirə edilən məsələsidir. Müzakirələrdə ön plana çıxan mövzulardan biri də Suriyanı Rusiya istehsalı olan müdafiə sistemləri qoruduğu halda, “Tomahawk”-ların həmin səddi necə yara bilməsi ilə bağlıdır.
Bəzi ekspertlər 59 “Tomahawk”-dan birinin belə vurula bilməməsini Rusiyanın raketlərə qarşı müdafiə qurğularının qabiliyyətsizliyiylə əsaslandırırlar. Fərqli düşünənlər də az deyil. Bu görüşə görə, ruslar vurmaq istəmədikləri üçün ABŞ raketləri rahatlıqla həmin sədləri aşa bilib.
Ovqat.com xəbər verir ki, Türkiyənin Raket Sənaye və Ticarər AŞ (Roketsan) firmasının sədr müavini Abdullah Hayri Torun da ikinci görüşü müdafiə edir.
O, dünən iştirak etdiyi bir konfransda sualları cavablandırarkən deyib:
"Rus müdafiə sistemlərinin “Tomahawk” raketlərinin qarşısını ala bilməməsi iddiası doğru deyil. Deməli, hava müdafiə etmə sistemləri qapadıldı ki, “Tomahawk”lar bu səddi keçə bildi”. 
Torun öz fikirlərini havadan müdafiə sistemlərinin hədəfi xeyli uzaqdan təsbit etmək imkanıyla əsaslandırıb: “Çünki bir raketin gəldiyini hava müdafiə etmə sistemi 400 kilometr əvvəldən bilir. 400 kilometr uzaqdan çıxdığını görür, öz mənzilinə gəldiyi zaman onu məhv edir".
Türkiyənin ən təcrübəli raket mütəxəssisinin bu fikirləri ABŞ-ın Şayrat hava bazasını vurmasını Rusiya ilə danışılmış əməliyyat olduğu ehtimalını qüvvətləndirir.
Heydər Oğuz
Ovqat.com



Ana səhifəyə qayıt        Baxış: 1 503          Tarix: 9-04-2017, 07:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma