Xəbər lenti
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
20-11-2024, 18:40
20-11-2024, 17:11
20-11-2024, 16:41
20-11-2024, 15:36
20-11-2024, 14:19
20-11-2024, 13:48
Dünən ABŞ-ın Suriya aerobazasına hücumu xeyli müzakirələrə səbəb oldu. Xüsusilə 60-a yaxın “Tomahawk” raketinin aerobazada yaratdığı təxribat ən çox maraq edilən mövzulardan biridir.
Rusiya Müdafiə Nazirliyinin dünən yaydığı məlumata görə, ABŞ hərbi gəmilərindən Sayrat hava bazasına 59 raket atılıb, bunun 23-ü hədəfə dəyib, 36-i isə hədəfdən yayınıb.
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) isə hücumun nəticələrilə bağlı verdiyi açıqlamayla Rusiyanın bu məlumatını təkzib etməyə çalışır. Pentaqonun yüksək rütbəli hərbi kəşfiyyat zabitinin dünən jurnalistlərə verdiyi brifinqdə söylədiyinə görə, həqiqətən də Şaryat hava bazasına 59 “Tomahawk” raketi atılıb və raketlər aerobazada 20 Suriya təyyarəsini, 1 ədəd yerdən-havaya raket qurğusunu, 1 ədəd radar sistemini sıradan çıxarıb.
Digər raketlərlə haranın vurulduğunu bildirməyən Pentaqon yetkilisi onların da hədəfə dəydiyini açıqlayıb: “Planımızda 59 ayrı nöqtəni vurmaq idi, hamısını da vurduq."
Pentaqon yetkilisinin bu açqılamasıyla Rusiyanın yaydığı məlumatı qarşılaşdıranda isə təkzibin təsdiqə daha çox oxşadığını görə bilərik. Zira Rusiya vurulduğunu bildirdiyi hədəflərin sayı 23-dür. Pentaqon yetkilisi də 20 təyyarə, 1 raket qurğusu, 1 radarın vurulduğunu etiraf edir, digər hədəflər barədə isə danışmır. Sadəcə, istədikləri qeyri-müəyyən hədəflərin vurulduğunu bildirir. O halda sual yaranır: Niyə həmin 36 hədəfin ünvanı göstərilmir?
Belə görünür ki, Rusiya Müdafiə Nazirliyi haqsız deyilmiş.
Nəzərə alsaq ki, Suriyada həyata keçirilən hərbi əməliyyatlar həm də güc nümayişi, silahların sınaqdan çıxarılma poliqonudur, “Tomahawk”ların bu sınaqdan üzü ağ çıxmadığı aydın olur.
Bəs, “Tomahawk” raketləri nədir?
“Tomahawk” ABŞ-ın ən çox qürur duyduğu raketlərdəndir. O, hətta bu silahları ən yaxın müttəfiqi olan İngiltərədən qeyrisinə belə satmır. Hər birinin dəyəri 1.4 milyon dollara başa gələn bu raketlərin mənzilinin 600 dəniz mili, başqa təbirlə desək, 1100 km olduğu bildirilir. Atılma motoru ilə birlikdə kütləsi 1440 kq olan “Tomahawk”ların “təmiz çəkisi” 1190 kq-dır. Üçmərhələli reaktiv özəlliyə malik “ağıllı raket”lərdən sayılır. Vuracağı hədəfin xəritəsi “beyninə” yazıldığından özü öz “ov”unun arxasınca gedir və qarşısına çıxan maneləri müxtəlif manevrlərlə aşa bilir.
Xüsusilə dənizlərdə ya da səhra kimi naməlum və ya dəyişgən coğrafi sahələrdə istifadəyə yararlıdır. Nüvə başlığı daşıya biləcək qabiliyyətdədir. Dəlicilik və nüfuzedicilik qabiliyyətilə istənilən maneəni deşib keçir və hədəfin daxilində partlaya bilir.
İlk dəfə sıx olaraq 1991 Körfəz müharibəsində İraqa qarşı sınaqdan çıxarılıb. 1993, 1996, 1998 və 2003-ci illərdə də İraqa qarşı istifadə olunan “Tomahawk” raketləri, Serb Respublikasının (1995), Yuqoslaviya Federal Respublikasının (1999) və Əfqanıstanın (2001) vurulmasında da istifadə edilib.
İndiyə qədər ABŞ Dəniz Qüvvələrinin reallaşdırdığı atışlarda 297 dəfə atəşlənmiş, bunun sadəcə 7-i uğursuz alınmış; texniki səbəblərdən “lüləsini” tərk etməmişdir. Bənzər hadisə son Şayrat hücumunda da yaşanmışdır. Pentaqon rəsmisinin bildirdiyinə görə, əslində hücumda 60 raket atılıb. Onun 1-i havada partlayıb. Birində isə atılmadan əvvəl texniki nasazlıq müəyyən olunub və raket batareyadan çıxarılıb.
ABŞ-ın son Şayrat hücumunda vurduğunu iddia etdiyi 36 hədəfin ünvanı açıqlanmadıqca, bu əməliyyat “Tomahawk”-ların ən uğursuz imtahanı kimi tarixə düşəcək.
Heydər Oğuz
Strateq.az
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar