Ümrə ziyarətindən qayıdan kimi 10 min 330 türk zəvvarı Ankara və Konyada karantinə alınıb.
Ovqat.com xəbər verir ki, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca media nümayəndələrinə belə deyib.
Nazirin dediyinə görə, ziyarətdən geri qayıdan hacılar tələbə yataqxanalarında və xəstəxanalarda ayrı-ayrı otaqlarda saxlanılırlar. Onlardan analiz alınıb və hazırda koronavirusa yoluxub-yoluxmamaları araşdırılır.
Qeyd edək ki, ötən gün ümrədən qayıdan bir zəvvarda koronavirus aşkarlanmışdı və onunla bərabər ziyarətə gedən 10 mindən çox zəvvarın evlərinə buraxıldığı şayiəsi yayılmışdı. Bu isə koronavirusun bütün Türkiyəyə yayılması ehtimalını ağla gətirirdi. Fəxrəddin Qocan bugünkü açıqlamaları ilə faktini həmin ehtimalı inkar edib və Türkiyə vətəndaşlarını xeyli rahatladıb.
Şəkildə: Koronavirus daşıyıcılığından şübhələnilən həmin qadın zəvvar xərəkdə aparılır
Hacıların 14 gün karantində qala bilmə ehtimalı istisna olunmur.
Xatırladaq ki, ümrə Ramazan ayından başqa günlərdə keçirilən həcc ziyarətidir. Quranda həcc ziyarəti vacib əməl sayılsa da, ümrə üçün belə bir tələb yoxdur. Üstəlik, koronavirus xəbərləri yayılanda Kəbə dezinfeksiya məqsədilə ziyarətə bağlanmışdı. Odur ki, ümrə ziyarətçilərinin Məkkəyə necə getdikləri sual doğurur.
Səudiyyə Ərəbistanı da koronavirusun yayıldığı ölkələrdəndir. Rəsmi Riyad əvvəl bu faktı gizlətməyə çalışsa da, artıq 100-dən artıq vətəndaşının virusa yoluxduğunu etiraf edib.
Ümrə və həcc ziyarətləri Səudiyyə Ərəbistanının ikinci ən böyük gəlir sahəsidir. Məlumata görə, təkcə həcc ziyarəti üçün ölkəyə ötən il 5 milyondan çox mömin səfər edəcəyi gözlənilirdi. Səudiyyə krallığı təkcə həcc ziyarətindən ildə 20 milyard dollardan çox gəlir əldə edir. Bu isə Azərbaycanın dövlət büdcəsinin iki qatı deməkdir.
Paylaş: