Xəbər lenti

 

İngiltərənin Səhiyyə naziri də koronavirusa yoluxmuş çıxıb.

Ovqat.com-un bildirdiyinə görə, məlumatı nazir Makk Hankok özü yayıb.

Qeyd edək ki, nazirin müavini Nadine Dorriesdə də martın 11-də koronavirus aşkarlanmış və dərhal karantinə alınmışdı.

Böyük Britaniya kraliçası 93 yaşlı Elizabetin də bu bəlaya yoluxduğuna dair şübhələr var. Kraliça bir müddət əvvəl ölkənin Baş naziri Boris Consonla görüşmüş, bu gün isə baş nazir özünün koronaya yoluxduğunu bəyan etmişdir.

Baş nazirin martın 11-də kraliçayla görüşündən sonra xanım Elizabetin media orqanlarında görünməməsi diqqətdən yayınmır və bəzi şübhələrə yol açır.




Ana səhifəyə qayıt        Baxış: 2 783          Tarix: 27-03-2020, 17:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma