Xəbər lenti

  

Dünyanı lərzəyə gətirən koronavirusu vəzifə, irq, cins tanımır. İtaliyanın Baş Qərargah rəisindən tutmuş İngiltərənin Xəstələrin Təhlükəsizliyinə cavabdeh naziri Nadine Dorriesə qədər bir çox dövlət adamının da bu xəstəliyə yoluxduğu bildirilir. Dövlət rəsmiləri arasında ən çox virusa yoluxanlar isə İrandandır.

Ovqat.com-un məlumatına görə, İranın ən güclü dövlət adamlarından sayılan Əli Əkbət Vilayətinin də bu virusa yoluxduğu bildirilir.

Bu barədə, məlumatı “Sepah”a bağlı “Tasnim” agentliyi yayıb.

“Tasnim”in yaydığı məlumata əsasən, son günlər koronavirusa qarşı mübarizə işi ilə əlaqədar başçılıq etdiyi xəstəxanaya gedib həkimlərə və tibb bacılarına baş çəkən və onların fəaliyyəti ilə yaxından tanış olan Əli Əkbər Vilayətinin özü də virusa yoluxub.

Bildirilir ki, martın 11-i günorta saatlarında xəstəxanada olan Əli Əkbər Vilayətidə koronavirusun ilk simptomları aşkar edildikdən sonra ondan analiz götürülüb və testlərin cavabı müsbət çıxıb. Nəticədə, o həkimlərin tövsiyəsi ilə ev şəraitində karantinə alınıb.

Qeyd edək ki, Əli Əkbər Vilayəti İranın xarici siyasətini müəyyənləşdirən şəxsdir və ölkənin ən güclü adamlarından sayılır.

İran Səhiyyə Nazirliyinin martın 12-də yaydığı son statistikaya əsasən, ölkədə koronavirusa yoluxanların sayı 10075 nəfərə, xəstəlikdən ölənlərin sayı isə 429 nəfərə yüksəlib.




Ana səhifəyə qayıt        Baxış: 1 886          Tarix: 13-03-2020, 00:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma