Xəbər lenti
 
İranın Koronavirusla Mübarizə üzrə Milli Qərargahı çap sənayesinin işinə məhdudiyyət tətbiq edib.
Ovqat.com-un məlumatına görə, bu barədə qərar koronavirusla mübarizə tədbirləri çərçivəsində verilib.
Qərargah bunun səbəbini çap prosesi, məhsulların paylanması zamanı çoxlu sayda insanın prosesə cəlb olunması, eləcə də çap materialları vasitəsi ilə sözügedən virusun sürətlə yayılmasına zəmin yaranması ilə əlaqələndirib.

Məhdudiyyətlərin tətbiq edilməsindən sonra "Etemad" kimi bir çox özəl qəzetlərin əməkdaşlarının çoxunu işdən çıxarması ilə bağlı məlumatlar yayılıb. Çap sənayesinə tətbiq edilmiş məhdudiyyətlərdən sonra istər dövlət, istərsə də özəl sektorda fəaliyyət göstərən müəssisələrin öz əməkdaşlarından çoxunu ixtisar edəcəyi gözlənilir.
Eyni səbəbdən nəğd pulla alış-verişlərin də qadağan olunacağı da istisna edilmir.


Ana səhifəyə qayıt        Baxış: 3 305          Tarix: 31-03-2020, 14:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma