Xəbər lenti
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
"ABŞ vətəndaşlarının çətin günlərə hazırlaşmasını istəyirəm. Qarşıdakı iki həftə çox çətin keçəcək."
Ovqat.com xəbər verir ki, bu xəbərdarlığı ABŞ prezidenti Ağ evdə çıxışı zamanı edib.
Onun sözlərinə görə, ABŞ milli imtahanın tam ortasındadır və əvvəllər bu cür sınaqla qarşılaşmayıb.
İmtahan deyərkən koronavirusu nəzərdə tutan Tramp bütün dünyanın bu bəla ilə çarpışdığını xatırladıb və iş adamlarını vəzifə borclarını yerinə yetirməyə çağırıb.
İndi həyata keçirdikləri tədbirlərin daha yaxşı gələcək naminə olduğunu vurğulayan Tramp deyib: "Önümüzdəki 30 gün ərzində epidemiyaya qarşı görülən tədbirlərə riayət etmək həyat və ölüm məsələsidir".
Trampın fikrincə, COVİD-19 virusu bir vəfadır və mövsümi qripdən çox-çox təhlükəlidir.
Qeyd edək ki, dünən keçirdiyi mətbuat konfransında da koronavirus təhlükəsindən danışan Tramp ABŞ-da 2.2 milyon insanın koronavirusdan ölmək ehtimalı olduğunu bildirmişdi. O əlavə etmişdi ki, Ağ ev qurbanların sayını ən yaxşı halda 100 min və ya 200 minə endirməyə çalışır.
Trampın dünən səsləndirdiyi fikirlərini bugünkü mətbuat konfransında iştirak edən mütəxəssislər – Ağ evin COVİD-19-la Mübarizə Qrupunun üzvləri Deborah Birks və Antoni Fauci də təkrarlayıb. Doktor Birks çıxışında bildirib ki, epidemiyaya qarşı tədbirlərə tam əməl edilsə, ABŞ-da qurbanların sayını 100 minə və ya 200 minə endirmək mümkün olacaq.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar