Xəbər lenti


Azərbaycanın Türkiyədəki səfirliyi bu ölkədə təhsil alan Azərbaycan vətəndaşı olan tələbələrə müraciət edib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim məlumat verib.
O, yataqxana problemi ilə üzləşən tələbələri dərhal səfirliyə müraciət etməyə çağırıb.
"Əgər kiminsə yataqxana ilə bağlı problemi varsa, bizə müraciət etsinlər. Biz də əlimizdən gələni edəcəyik ki, Azərbaycan vətəndaşları, Azərbaycan tələbələri çöldə qalmasınlar. Ümumilikdə isə tam əksəriyyətinin yataqxana ilə bağlı problemi yoxdur. Biz daim onlarla əlaqədəyik. Bizim Təhsil müşavirliyimiz daim onlarla əlaqə saxlayır. Bəzi yerlərdə, bəli, yataqxanalar karantin kimi istifadə olunduğu üçün əksər tələbələr başqa yataqxanalara köçürülmüşdü. Kimlərin ki, problemi var idi, biz onları həll etdik. Əgər kimlərinsə problemi qalıbsa, yenə də müraciət edirəm ki, dərhal bizə müraciət etsinlər. Xüsusilə e-mail vasitəsilə bizə bildirsinlər. Biz də dərhal onlarla əlaqə saxlayıb problemlərini həll etmək üçün bütün səylərimizi göstərəcəyik".

Ovqat.com-un təmənnası:                            

Ümidvarıq ki, Cənab Səfir növbəti açıqlamalarında Operativ Qərargahın imperativ qərarına rəğmən aşağıdakı elanla çıxış etməyin ortaya çıxma zərurətinə də aydınlıq gətirəcək.



Operativ Qərargahın məlum qərarı  




Ana səhifəyə qayıt        Baxış: 2 467          Tarix: 1-04-2020, 13:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma