Xəbər lenti

 

Dünya üzrə koronavirusa yoluxanların sayı 740 mini keçib. Onlardan 28 min 471-nin (5%) vəziyyəti kritik və ya ciddi sayılır.

Ovqat.com Ümumdünya Səhiyyə Təşkilatına istinadən xəbər verir ki, indiyədək bu bəladan ölənlərin sayı isə 35 min 35-ə yüksəlib.

Sağalanlar isə 156 min 588 nəfərdir.   Ölümlə sağalma rəqəmlərini müqayisə edəndə bu nisbət 18%-ə bərabər olur. Belə çıxır ki, koronavirusun öldürücü gücü deyildiyi kimi 2-3% deyil, 18%-dir. Bir də qeydə alınmayan ölüm faktlarını hesaba qatsaq, bu nisbət daha da artar.

İran, İtaliya və s. kimi koronavirusa daha çox qurban verən ölkələrin bu günə olan statistik məlumatları ÜST-ün gündəlik hesabatına hələ ki daxil edilmədiyindən, yaxın saatlarda rəqəmlərin neqativ yöndə dəyişəcəyi şəkksizdir. Hələlik isə 537 ölüm hadisəsi ilə İspaniya bu günün ən çox qurban verən ölkəsi kimi görünür.




Ana səhifəyə qayıt        Baxış: 2 625          Tarix: 30-03-2020, 18:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma