Dünya üzrə koronavirusa yoluxanların sayı 740 mini keçib. Onlardan 28 min 471-nin (5%) vəziyyəti kritik və ya ciddi sayılır.
Ümumdünya Səhiyyə Təşkilatı xəbər verir ki, indiyədək bu bəladan ölənlərin sayı isə 35 min 35-ə yüksəlib.
Sağalanlar isə 156 min 588 nəfərdir. Ölümlə sağalma rəqəmlərini müqayisə edəndə bu nisbət 18%-ə bərabər olur. Belə çıxır ki, koronavirusun öldürücü gücü deyildiyi kimi 2-3% deyil, 18%-dir. Bir də qeydə alınmayan ölüm faktlarını hesaba qatsaq, bu nisbət daha da artar.
İran, İtaliya və s. kimi koronavirusa daha çox qurban verən ölkələrin bu günə olan statistik məlumatları ÜST-ün gündəlik hesabatına hələ ki daxil edilmədiyindən, yaxın saatlarda rəqəmlərin neqativ yöndə dəyişəcəyi şəkksizdir. Hələlik isə 537 ölüm hadisəsi ilə İspaniya bu günün ən çox qurban verən ölkəsi kimi görünür.
Maraqlıdır ki, Azərbaycan Nazirlər Kabinetinin yanında Operativ Qərargah bu gün də öz “operativliyi” ilə seçilib. Qərargahın istər ölkəmiz, istərsə də dünya il bağlı bu günə verdiyi məlumatlar xeyli bayat təsir bağışlayır. Zira ötən gün dünya üzrə koronavirusa yoluxanların sayı artıq 700 mini, ölənlərin sayı isə 34 mini keçmişdi. Operativ Qərargahın bu günə olan statistikasında isə belə deyilir: “Ümumdünya Səhiyyə Təşkilatının 2020-ci il martın 30-na olan məlumatına görə, dünyanın 203 ölkəsində 640 minə yaxın şəxs infeksiyaya yoluxmuş, 30 mindən artıq insan vəfat etmişdir”.
ÜST-ün dünən axşama olan statistikası
ÜST-ün dünən günortaya olan məlumatı
ÜST-ün bu günə olan statistikası
Operativ Qərargahın bu günə olan statistikası
Paylaş: