Xəbər lenti
Dünən, 19:25


Hökumət koronavirusun yayılmasının qarşısını almaq üçün vətəndaşların hərəkət azadlığına məhdudiyyət gətirib və ev karantinə alıb. Hazırda əksər insanlarımızın icazə almadan çölə çıxmaq hüququ yoxdur.
 Di gəl ki, bu qərar verilərkən, günəmuzd çalışanların dolanışıq problemi tam nəzərə alınmayıb. Əhalimizin əksər hissəsi isə günəmuzd işlərlə ailələrini dolandırır. Başbilənlərimiz guya günəmuzdçuların karantin səbəbindən itirdiklərini kompensasiya etmək məqsədilə adambaşına 190 manat ayırıb. İntəhası, bu “humanizm” də əksər vətəndaşlara çox görülüb.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin mətbuata verdiyi açıqlamalardan da belə çıxır və hökumətin bu ayrıseçkiliyi bir çox vətəndaşları xəyal qırıqlığına uğradır. Nazir deyib:
“İşsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində – 190 manat birdəfəlik ödəmə veriləcək. Bunun üçün 70 milyon manat ayrılıb. İşsiz şəxslər işi və qazancı olmayan, işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan şəxslərdir. Muzdla, yəni əmək müqaviləsi ilə işləyənlər, mülki-hüquqi xarakterli, yəni xidməti müqavilələrlə işləyənlər, sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri, əyani təhsil alan tələbələr və başqaları məşğul şəxs sayılırlar və işsiz şəxs kimi qeydiyyata alınmırlar”.
 Onun bu sözlərindən də aydın olur ki, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olan ailələrə kompensasiya düşmür. Hər yerdən əlləri üzülən kənd sakinləri isə çarəni otlamaqda görüblər və övladlarına otlamağı öyrədirlər. 
Otlama dərsindən bir səhnəni Ovqat.com oxucularına təqdim edirik:





Ana səhifəyə qayıt        Baxış: 5 714          Tarix: 12-04-2020, 00:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma