Xəbər lenti


Qorxduğumuz oldu. 

Azərbaycan hökumətinin koronavirusla mübarizə barədə Tədbirlər Planını mizah diliylə tənqid etmək üçün uşaqlarını “otladan” ata Şirvan rayon sakini İkram Xudiyev həbe edilib.

Ovqat.com xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov media açıqlamasında bildirib.

Onun sözlərinə görə, İkram Xudiyev 10 sutka inzibati həbs cəzasına məhkum edilib.

Qeyd edək ki, bundan əvvəl İkram Xudiyevin cərimələnərək sərbəst buraxıldığı qeyd olunurdu. Biz də bu cərimələnmə hadisəsindən sonra onun çəkdiyi videonun ikinci hissəsini yayımlamış və ümidvar olduğumuzu bildirmişdik ki, hüquq mühafizə orqanlarımız bir filmin hər seriyasına görə ayrı-ayrı cəza verməzlər. Çünki hər iki seriya eyni filmin hissələridir və insana bir “cinayətinə” iki cəza verilməz. Görünür, dəyərli hüquq sistemimiz bizim arqumentimizi yetərsiz hesab edib və İkram Xudiyevi ikinci cəzaya layiq görüb.

Dərd burasındadır ki, həmin mizah “serialının” 3-cü hissəsi də var. Biz də “rejissorun” və baş aktyorun həbsindən sonra nə edəcəyimizə qərar verə bilmirik. Əcəba, 3-cü hissəni də yayımlayaqmı? 

Yayımlasaq, onun əməli terrora cəhd kimi qiymətləndirilməzmi?


Ana səhifəyə qayıt        Baxış: 6 592          Tarix: 14-04-2020, 21:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma