Xəbər lenti
 

Sirr deyil ki, Azərbaycan hökumətinin koronavirusla mübarizə barədə Tədbirlər Planının əhatə dairəsinin xeyli dar tutulması ictimaiyyətimizdə birmənalı qarşılanmamışdı. Bir çox vətəndaş bunu sərt dillə qınamış, hətta problemi mizah mövzusuna çevirənlər də olmuşdu. Azərbaycanın hüquq mühafizə orqanları mizah məqsədilə övladlarına “ot yedirdən” atanı inzibati məsuliyyətə cəlb edib 10 sutka həbsə atsa da, siyasi iradənin artıq ictimai rəylə hesablaşmağa başladığı hiss olunur.
Ovqat.com xəbər verir ki, I vitse-prezident Mehriban xanım Əliyevanın bu gün Telegraf səhifəsində paylaşdığı statusu da bu qənaəti yaradır.
Xanım Əliyeva statusunda Prezidentin bir fikrini paylaşıb.
Həmin fikirdə dövlət qurumlarının işini itirmiş və ya işləməyən insanlara maddi yardım etmək gücündə olduğunu vurğulanarır və hökumət bu məsələni araşdırmağa dəvət olunur: “İşini itirmiş, yaxud da ki, işləməyən insanlara yardım göstərilməlidir. Dövlət orqanlarının kifayət qədər imkanı var ki, bu məsələ araşdırılsın və ehtiyacı olan insanlar dövlətdən yardım alsınlar”.
I vitse-prezidentin bu statusu paylaşması məsələnin diqqətdə saxlanıldığı mesajl kimi qiymətləndirilə bilər. 


Ana səhifəyə qayıt        Baxış: 1 425          Tarix: 15-04-2020, 21:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma