Xəbər lenti

 

 

Səudiyyə Ərəbistanı Qətərlə niyə diplomatik əlaqələrini kəsdiyini açıqlayıb.

Ovqat.com-un bildirdiyinə görə, krallıq rəsmi Dohanı əsasən terrorizmə dəstək verməkdə günahlandırıb.

Krallığın rəsmi xəbər agentliyi SPA-da dərc olunan Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir:

"Dohanın açıq və gizli şəkildə həyata keçirdiyi ciddi qanun pozuntuları, terror təşkilatlarını bəsləyərək, onlara dəstək verməsi, mətbuat orqanlarında terror təşkilatlarını təbliğ etməsi, Katif mahalında (Səudiyyə Ərəbistanında ən çox şiələrin yaşadığı neftlə zəngin bölgə. Krallığın neft ehtiyatının böyük qismi bu bölgədə yerləşir-Ovqat.com)  İranla əlaqəli terror aktlarına maddi yardım etməsi, ifratçı dindarları öz ölkəsində və digər yerlərdə məskunlaşdırması, Yəməndəki Husi döyüşçülərini müdafiə etməsi nəticəsində Səudiyyə Ərəbistanı bu qərarları almaq məcburiyyətində qalmışdır”.

Qətər Xarici İşlər Nazirliyi isə ərəb ölkələrini “qərəzli və əsassız” qərarlarına görə qınayıb.




Ana səhifəyə qayıt        Baxış: 1 503          Tarix: 5-06-2017, 10:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma