Xəbər lenti

 
Bu gün DTX tərəfindən həbs olunan həbs olunan Biləsuvar icra başçısının əsl peşəsi kim olsa yaxşıdır? – ofisant. Bəs bir ofisantın birdən-birə əvvəl Astara (2006-2011), daha sonra Biləsuvar (2011-2020) icra başçısı vəzifəsinə yüksəlməsi necə baş verib?
 
Ovqat.com xəbər verir ki, bu suala jurnalist Məhəmmədəli Qəribli özünün facebook səhifəsində belə aydınlıq gətirib?
 
“Bunları zamanında da yazmışam. Bu gün həbs edildiyi deyilən Biləsuvarın icra başısı Mahir Quliyev 2005-ci ilə kimi Dənizkənarı Parkdakı əvvəlki "Sahil", indiki   adı "Toska" olan restoranda ofisiant, baş ofisinat, adminstrator işləyib. Orda vəzifəli adamlara qulluq edə-edə,  yaxşı əlaqələr qurub. Sonra Səbail Bələdiyyəsinə "seçilib". Gedib orda da yaxşı torpaq satandan sonra, ölkə başçısına edilən yanlış təqdimatla  Biləsuvara icra başçısı təyin olunub . Aili təhsili də olmayıb. Lap yaşlı vaxtlarında adını yazdırıb  özəl "Naxçıvan" universitetindən diplom alıb. Belələri ilə vidalaşmağın doğrudan da vaxtı çoxdan çatıb...”


Ana səhifəyə qayıt        Baxış: 6 461          Tarix: 29-04-2020, 15:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma