Xəbər lenti
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
22-11-2024, 11:23
22-11-2024, 10:54
22-11-2024, 09:27
Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) xüsusi təyinatlı dəstələrinin Biləsuvar Rayon İcra Hakimiyyətinin binasında keçirdiyi xüsusi əməliyyat barədə yeni məlumatlar əldə etmişik.
Ovqat.com-un etibarlı mənbələrdən aldığı məlumata görə, əməliyyat karantin rejimi ilə əlaqədar əhaliyə yönəlmiş dövlət dəstəyinin, yardımların mənimsənilməsi ilə bağlı keçirilib.
Bildirilir ki, bununla bağlı çoxsaylı, əsaslı şikayətlər edilib. Rayon əhalisi sosial şəbəkələrdə dilə gətirdikləri şikayətləri dərindən araşdıran DTX rəhbərliyi icra nümayəndələrinin koronavirus yardımlarını da mənimsədiklərini müəyyənləşdiriblər. Nəhayət, geniş əhatəli əməliyyata start verilib.
İcra başçısının acgözlüyündən ot yeyən Biləsuvar sakini
Əldə etdiyimiz məlumata əsasən, əməliyyat zamanı icra başçısı Mahir Quliyevlə yanaşı, birinci müavin, rayonun bələdiyyə sədri, mərkəzi xəstəxananın baş həkimi, MİS sədri və başqa bir neçə nəfər saxlanılıb. Saxlanılan şəxslərin adları:
İcra başçısı Mahir Quliyev,
Başçının birinci müavin Xanlar Məmmədov,
Rayonun bələdiyyə sədri İlqar Abbasov, Mərkəzi
Xəstəxananın baş həkimi Xoşbəxt Ağayeva,
Kommunal Müəssisələri Kombinatının direktoru Xalidə Ağayeva,
Məşğulluq Şöbəsinin rəisi Mübariz Mustafayev,
Şəhər icra nümayəndəsi Qabil Xammədov.
Digər bir məlumata görə, Mahir Quliyevin əsas himayədarı Hacı İbrahimdir (Nehrəmli). Biləsuvar rayon icra başçısı Mahir Quliyev onunla quda imiş.
M.Quliyevin qızı hacı İbrahimin oğlu ilə ailə qurub. Cütlüyün toyu 2011-ci ildə baş tutub. Bildirildiyinə görə, həbs dalğası Hacıya qədər uzuna bilər.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar