Çin ordusunun hərbi təyyarələri ilk dəfə Yapon dənizindəki Tsuşima boğazı üzərində təlim uçuşları həyata keçiriblər.
Bombardmançı, qırıcı və digər təyyarələrin birgə iştirak etdiyi təlim uçuşları beynəlxalq hava məkanında baş verib. Təlim hərbi hava qüvvələrinin su hövzələri üzərində döyüş tapşırığı bacarıqlarını yoxlamaq xarakteri daşıyıb.
Çin tərəfi təlim uçuşlarının beynəlxalq hüquq və təcrübəyə uyğun keçirildiyini, heç bir ölkəni və ya obyekti hədəf seçmədiyini bəyan edib. Şen Cinkı bildirib ki, Tsuşima boğazı heç bir ölkənin sahil suları deyil və bütün ölkələr BMT-nin dəniz hüququ haqqında konvensiyasına uyğun olaraq boğaz üzərində uçuşlar həyata keçirə bilər.
Koreya Respublikasının rəsmi xəbər agentliyi Yonhap isə ölkənin Birləşmiş Qərargah Rəisləri Komitəsinə istinadla bildirib ki, Çinin 5 hərbi təyyarəsi yerli vaxtla səhər 10:10-da Koreya Hava Müdafiə İdentifikasiya Zonasına daxil olub. Rəsmi Seul dərhal qırıcı təyyarələrini döyüş hazırlığı vəziyyətinə gətirib, Çin tərəfi ilə əlaqə yaradılıb. Saat 13:47-də Çin təyyarələri Koreya Hava Müdafiə İdentifikasiya Zonasını tərk edib.\\Metbuat.az
Paylaş: